M. Ə. Sabir adına şəhər kitabxana-klubda 19 yanvar 2010-cu il tarixində, saat 13:30-da 20 Yanvar 1990-cı il faciəsinin 20 illiyinə həsr olunmuş "Əbədiyyətə gedən yol" adlı ədəbi-bədii kompozisiya keçirildi.
Qonaq qismində 20 Yanvar şəhidlərindən olan Aslan Ağaverdiyevin qızı Əzimova Afaq və nəvəsi Əzimov Aslan iştirak etdilər. Afaq xanım atasının həyat yolundan qısa da olsa məlumat verdi.
191 saylı orta məktəbin müəlliməsi Əzimova Leyla xanım öz şagirdləri ilə tədbirdə fəal iştirak etdilər.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş məruzə oxundu, şeirlər və mahnılar dinlənildi.
[/size][font=Arial][/font][size=2]