17 mart 2010-cu il tarixində, saat 13:30-da M. Ə. Sabir adına kitabxana-klubda "Novruz" bayramı ilə əlaqədar "Yurdumuza bahar gəlir" adlı bayram tədbiri yüksək səviyyədə keçirildi.

Tədbirdə 191 və 257 saylı məktəblərin müəllim və şagirdləri iştirak edirdilər.
Bayram tədbirində birbirindən gözəl şeirlər, mahnılar, rəqslər ifa olundu. Gənc KVN-çilər guüməli səhnəciklər göstərdilər. Uşaqlar qədim Novruz adətlərindən söhbət açdılar.
Tədbirin sonunda M. Ə. Sabir adına kitabxana-klubun qarşısında tonqal qalandı. Tədbir iştirakçıları tonqalın başında yallı getdilər.