24 fevral 2010-cu il tarixində, saat 13:30-da M. Ə. Sabir adına kitabxana-klubda Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar "Xocalı - Qn Yaddaşımız" adlı ədəbi-bədii kompozisiya keçirildi.
Tədbirdə 191, 257 saylı məktəblərin müəllim və şagirdləri tamaşaçı qismində iştirak edirdilər.
Aparıcı tədbiri açıq elan edib Xocalı şəhidlərinin ruhunu bir anlıq sükutla yad edib, onlara rəhmət dilədi.
Xocalı soyqırımına həsr olunmuş məruzə oxundu.
Söz verildi dərnək üzvlərinin ifasında təşkil edilmiş ədəbi-bədii kompozisiyaya.
Tədbir "Şəhidlər" mahnısının sədaları altında gözəl sonluqla bitdi.[font=Arial][/font][size=2][/size]