M. Ə. Sabir adına kitabxana-klubun Not-Musiqi şöbəsində 13 fevral 2010-cu il tarixində, saat 14:00-da Polad Bülbüloğlunun 65 illik yubileyi münasibətilə "Polad Bülbüloğlu - 65" adlı söhbət-konsert keçirildi.
Söhbət-konsertdə Kitabxana-klubun musiqi dərnəklərində təhsil alan şagirdlər və dərnək müəllimləri iştirak etdilər. Not-Musiqi şöbəsinin baş kitabxanaçısı Cabbarzadə Natella xanım Polad Bülbüloğlunun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Söhbət-konsertdə dərnək şagirdlərinin ifasında Polad Bülbüloğlunun bir çox mahnıları səsləndi.[font=Arial][/font][size=2][/size]