M. Ə. Sabir adına kitabxana-klubda 02 fevral 2010-cu il tarixində, saat 13:00-da Gənclər Günü münasibətilə "Gənclik qürurdur, gənclik əzəmətdir" adlı musiqili tədbir keçirildi.
Tədbirdə 191, 257 saylı məktəblərin şagird kollektivi, oxucular və dərnək üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə aparıcı açıq elan edib, məruzə ilə çıxış etdi. Dərnəyin üzvlərindən Quliyev B., Əliyeva A. və başqaları mahnı və şeirlərlə tədbiri şənləndirdilər.
Gənclərin istəyi ilə tədbirimiz şən musiqi və rəqslərlə bitdi.[[/[/size]font]font=Arial][/font][size=2][/size]